Van gölündə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.
Hadisə dekabrın 26-da Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində baş verib.
Yerli valiliyini açıqlamasına əsasən, miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.