Xorvatiya hökuməti ölkəyə gələn miqrant axının artması səbəbindən Serbiya sərhəd olan 8 məntəqədən 7-ni bağlayıb.
Yenicag.az xəbər verir ki, rəsmilər, Serbiya-Macarıstan sərhədinin bağlanmasında sonra Xorvatiyaya kəskin sürətdə miqrant axının çoxaldığını bildiriblər. Bu səbəbdən də sərhədlərin bağlanmaqdan başqa çarənin olmadığı deyilir.
Bildirilir ki, ordu qüvvələri sərhəd ərazilərə gedən yollarında qarşısını kəsib . Bununla da miqrantların Avropaya gedəcək olduqları quru yolu tamamilə bağlanıb.