Mavritaniya sahillərində miqrantların olduğu gəminin aşması nəticəsində 89 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, qayıq Ndiago şəhərindən təxminən 4 kilometr aralıda aşıb. Hadisə nəticəsində 89 nəfər ölüb. Ölkənin Sahil Mühafizəsi 9 nəfəri, o cümlədən 5 yaşlı qızı xilas edib.
Xilas edilmiş miqrantların sözlərinə görə, hələ də ən azı 170 miqrant Avropaya yola düşmədən 6 gün əvvəl Qambiya və Seneqal sərhədindən yola çıxan qayıqdadır.
İsmayıl Bakuvi