Reklam: High Technic
hightechnic

Miqrasiya Xidmətinin əməkdaşları təltif edildi - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Abdullayev İsmayıl Əli oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi

Qəhrəmanov Vahid Vaqif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi.

Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Musayev Pərviz Kərim oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Nağıyev Vəli Nağı oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Abdullayev Səmədağa Həmzə oğlu
Bədəlov Hüseyn Həsən oğlu
Ələsgərova Şəbnəm Şakir qızı
Əliyev Faiq Rəşid oğlu
Əliyev Ülvi Sakit oğlu
Hacıyeva Tamilla Elxan qızı
İsmayılova Aygün İlqar qızı
İsmayılova Xəyalə Eyvaz qızı
Quliyev Elfan Şakir oğlu
Mehdiyev İlqar İsmayıl oğlu
Məmmədov Elmar Adil oğlu
Məmmədov Orxan Səfər oğlu
Məmmədov Zakir Məhərrəm oğlu
Mirzəliyeva Gülnarə İbrahim qızı
Nurullah Munis Nazim oğlu
Paşayev Qiyas Əhəd oğlu
Şamilov Zəfər Ələddin oğlu
Vahabova Həmidə Cavid qızı.

Prezidentin daha biri sərəncamı ilə Füzuli Cahangir oğlu İsmayılova jurnalistika sahəsində səmərəli fəaliyyətinə və miqrasiya orqanlarının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adı verilib.
Yeniçağ.az

www.yenicag.az

105