!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqrasiya Xidmətinin TİKA tərəfindən yenidən qurulan təlim mərkəzinin açılışı oldu - FOTO/VİDEO

!Reklam – Yazi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim mərkəzinin açılışı baş tutub.

Yenicag.az xəbər verir ki, mərkəzin açılış lentini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və TİKA sədri Serkan Kayalar kəsib.

Xidmət rəisi Vüsal Hüseynov TİKA sədrinə mərkəzin strukturu haqqında məlumat verib.

Vüsal Hüseynov və Serkan Kayalar mərkəzi gəzərək yaradılmış şəraitlə tanış olub, razılıqlarını ifadə ediblər.

Kayalar və Hüseynov jurnalistlərə açıqlamalarında iki qurum arasındakı əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıblar.

Qeyd edək ki, təlim mərkəzində Azərbaycanda yaşayan və daimi yaşama icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi prosesi həyata keçirilir.

Aqil Bəkir

www.yenicag.az

1106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv