“…Etibar Hüseynovun yadından çıxırsa, bir yerinə qırmızı şilə bağlasın”
Deputat Etibar Hüseynovun özünə yönələn qınaqları ANS-ə yönləndirmək istəyi baş tutmadı. Bir neçə gün öncə deputatı qonaq dəvət edən telekanal bu dəfə ona “od püskürdü”. Mir Şahin Etibar Hüseynovun deputat seçilməsini də şübhə altına alıb: “Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq baxçası deyil. Lap elə uşaq baxçası sayırsansa, onda böyüklərə qulaq as”.
Sonda Mir Şahin “Etibar Hüseynovun yadından çıxırsa, bir yerinə qırmızı şilə bağlasın” deyərək, aşağılayıb.
Xatırladaq ki, deputat bir müddət öncə Facebook-da status paylaşmışdı ki, onu qınayanlar ANS-ə heç nə demirlər.