!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mir Teymurdan "Çöldə yaşam öyüdləri" - VİDEO

!Reklam – Yazi

Əsl ziyalı ailəsində böyüyüb. O, sözün dəyərini və yerini bilir. Onun məhdudiyyətlərsiz, azad uşaqlığı olub. Nağılları çox sevsə də hər zaman bu nağıllarda məntiq və fəlsəfə axtarıb. Rənglərin fəlsəfəsini də elə uşaqlıqdan hiss etməyə başlayıb. O, Azərbaycanın tanınmış rəssamı Mir Teymur Məmmədovdur.

Onun uğur açarının sirri isə “Çöldə yaşam öyüdləri” verilişində çözüləcək. Müəllif və aparıcı Eltən Qədimbəyli ilə Çölçü obasındakı söhbətdə olduqca maraqlı məqamlar açılır. Təbiətcə sakit görünən heykəltəraş-rəssamın həyatda hansı təhlükə ilə üz-üzə qaldığı və bu təhlükədən necə qurtula bildiyi haqqında danışdıqları hər kəs üçün düşündürücü və maraqlı olacaq.

Tanınmış ziyalının biznes sahəsində verdiyi öyüdlər də öz işini yeni quran gənclər üçün çox yararlıdır. Aparıcı Eltən Qədimbəylinin “siz öz ətrafınızı və dostlarınızı necə seçirsiz?” və “sivilizasiyadan kənarda, çöldən beton cəngəlliklər sizə necə görünür?” suallarına heykəltəraş-rəssamın maraqlı və özünəməxsus cavabı olub.

Dünyagörüşlü, təmkinli ziyalının doyumsuz söhbəti kiçikdən-böyüyə hər yaşdan olan tamaşaçı üçün çox maraqlı olacaq.

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv