!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mircavadov millidən narazı qalıb – “Futbol biliyi aşağı səviyyədədir”

!Reklam – Yazi

U-17 milli komandamız dünən Türkiyədəki təlim-məşq toplanışından qayıdıb. Qardaş ölkədə olan yığmamız bir neçə yoldaşlıq görüşləri də keçiriblər. 17 yaşa qədər futbolçulardan ibarət millinin oyununu izləyənlər arasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da olub. 

Mircavadov Yeniçağ.az-a toplanışdan və yoldaşlıq görüşlərindən danışıb:

“U-17 yığması Mirbağır İsayevin rəhbərliyi altındadır. Onların oktyabrda ciddi yarışları olacaq. Yanvarın 21-dən fevralın 1-nə qədər Antaliya şəhərində hazırlıq keçirildi. Bu, həm seleksiya xarakteri daşıyırdı, həm də inamın artması, futbol biliyinin inkişafı üçün idi.
Mən bunu yaxşı hal kimi qiymətləndirirəm. Çünki başqa yığmalarda bu cür addımlar atmırlar.

Yazılan bütün proqrama riayət edildi. Gündə 2 dəfə məşq keçirildi. Yəni uşaqlar heç dincəlmədilər. Gənclərimiz 3 oyun keçirtdi. Hər 3 oyunda da rəqibləri özlərindən böyük idi. Belə ki, Səudiyyə Ərəbistanı yığması 20 yaşında, Sudan idmançıları isə 20-21 yaşlı gənclər idi. 3-cü oyun isə “Qartalspor” klubunun 19-20 yaşlı oyunçuları idi. Bu, əvvəldən seçilmişdi. Bunun da səbəbi bayaq dediyim kimi uşaqlarda xarakteri möhkəmləndirmək, inamı gücləndirmək idi. Təbii ki, top saxlamaq və digər futbol amillərini də təkmilləşdirmək üçün də bir addım idi.
3-cü oyunda gözlənilən oldu, xətlərarası hərəkətlər oyunda alınırdı. Komandamızın tərkibində toplanışa aparılan futbolçu sayı 22 idi: 2 qapıçı, 20 futbolçu… Onların çoxu ilk dəfə idi ki, xaricə çıxırdı”.

A.Mircavadov narazı qaldığı anlardan da danışıb:
“Narazı qaldığım an o idi ki, uşaqlar topla sərbəst işləmirdilər. Bir-birinə ötürmə, rəqibi aldatmaq, oyunçudan top almaq barədə məncə çox iş görülməldir.
İkinci amil, uşaqların əksəriyyətində futbol biliyi aşağı səviyyədədir. Üçüncü amil isə xətlər arasında zəif olmaları idi. Lakin bir az əvvəl də qeyd etdim ki, 3-cü oyunda bu səhvlər bir qədər düzəlmişdi. Amma öz üzərilərində çox işləməlidirlər.

Sabah da biz Məşqçilər Komitəsi olaraq, bütün yığmaların baş məşqçilərini AFFA-ya dəvət edəcək, hesabatlar dinləniləcək, planlarımızdan danışacağıq. Onu da qeyd edim ki, sevindirici haldır ki, bütün futbolçular azərbaycanlılar idi”.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv