!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mircəfər Bağırovla Qaçaq Məmmədqasımın söhbəti

!Reklam – Yazi

mircefer.baqirovQaçaq Məmmədqasım Samuxlu olub. O 1920-ci il Gəncə Üsyanının fəal başçılarından biri olub.

Mir Cəfər Bağırov ÇK-nın sədri olanda xəbər tutur ki,  Kürün o tayında, Eldar meşələrində məskən salmış Qaçaq Məmmədqasım yerli əhalini çapıb talayır. Mir Cəfər Bağırov özü kiçik bir dəstə ilə onun arxasınca gedir. Kürnün körpüsünün bu üzündən Məmmədqasıma xəbər gündərir ki,  sənin görüşünə mən gəlmişəm.  Atışmaq,  dava etmək,  qan tökmək lazım deyil.  Kişi kimi qabaq -qabağa söhbət edək.

Mircəfər Bağırov başının dəstəsini, silahını bu üzdə qoyub əliyalın bərəni keçir. Hər ağacın başında Qaçaq Məmmədqasımın bir adamı var imiş.  Qaçaq Məmmədqasım Mir Cəfəri səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox özünü təkkəbürlü aparsa davamız davadır.

Süfrə açılır yeməklər ortaya gəlir. Bağırov bismillah deyib çörək kəsir. Hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri- silahsız,  adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı heyrətə gətitir, onun qeyrət damarlarını oyandırır. Qəlbindən belə bir hiss keçir:

“Mir Cəfər Bağırov məndən də qoçaq və qorxmazdır”

Mir Cəfər Bağırov Deyir:

– Məmmədqasım indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın , nə də Dövlətin düşməni deyilsən. Ziyan arada zəhmətkeş insanlara dəyir. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək yaşamaq üçün istər-istəməz kəndləri talamısan. Xalqın ununu , dənini , malını qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl, səni Gəncədə, Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum.

– Yoldaş Bağırov,  bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansı bir vəzifəyə qoyursuznuz-qoyun, düşmənlərim məni rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin.

Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç.

Onlar görüşüb ayrılırlar. Bağırov bərəni keçib geri qayıdır, Qaçaq Məmməadqasım isə kiçik bir dəstə ilə Türkiyəyə keçir…

Araz Vəliyev

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv