Mirələmovun VİDEOsu ABŞ-nin məşhur TOK-ŞOUSUNDA

Azərbaycan Milli Məclisinin keçmiş deputatı Hüseynbala Mirələmovun məşhur videosu ABŞ-nin ABC telekanalında yayımlanan populyar “Jimmi Kimmel Live!” (Cimmi Kimmel canlı yayımda) tok-şousunda göstərilib.

Yenicag.az xəbər verir ki, “Bu videoda Azərbaycan hökumətindən hansısa rəsmi nümayəndə onlayn konfransda iştirak edir, ancaq bundan xəbərsizdir. Baxın, biz Nyu-Yorkun növbəti qubernatorunu belə tapa bildik”, – deyə aparıcı qalmaqallı videonu şərh edib.

Qeyd edək ki, aparıcı çıxışı zamanı ABŞ-nin Nyu-York ştatının qubernatoru Endryu Kyomonu nəzərdə tutur. O, dəfələrlə seksual xarakterli hərəkətlərə yol verməkdə ittiham olunub. Nyu-York ştatının baş prokuroru bununla bağlı araşdırma aparır.