Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mirhəsən Seyidov neftçalalıların problemləri ilə maraqlandı - FOTO

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov vətəndaşlarla və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib.

Vətəndaşlarla qəbul zamanı Qarabağ müharibəsi veteranı, II və III qrup əlilləri, şəhid ailələri, təqaüdçülər və Ağdam rayon məcburi köçkünləri öz problemlərini səsləndiriblər. Vətəndaş problemlərinin həllinin araşdırılması aidiyyəti üzrə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və digər qurumlara yönləndirilib. Həmçinin, Ağsaqqallar Şurasının üzvləri ilə də görüş keçirilib. Görüş zamanı rayonda baş verən proseslər müzakirə olunub və ümumi problemlər qeydə alınaraq həlləri haqqında fikirlər irəli sürülüb.

Qeyd edək ki, 5-9 mart 2020-ci il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinə ümumilikdə 90-a yaxın müraciət daxil olub.

www.yenicag.az

219
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100