Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi – FOTO

İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib.

Yenicag.az xəbər verir ki, 13 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası keçirilib.

Baş Assambleyada Türk Şurası Gənclər Platformasının seçimləri aparılıb və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Platformanın prezidenti vəzifəsinə seçilib.