Mirkamilə şok evlilik təklifi: “Məni pulla satın almaq istəyir”

Müğənni Mirkamil Kamilov şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi imkanlı qadınların ona sponsorluq etmək istədiyini etiraf edib:

“Xanımlar tərəfindən çoxlu təkliflər alıram. Kimisi mənə evlilik təklifi edir, kimisi sponsorluq etmək istəyir. Hamısını rədd edirəm. Çünki bunu özümə sığışdırmıram. İnsan öz zəhməti hesabına uğur qazananda və irəli gedəndə daha rahat olur. Hamı bilir ki, mən zəhmətkeş ailədə doğulub, boya-başa çatmışam. Həm də əsas sevgidir. Əgər ortada sevgi varsa, qadının pullu olması önəmli deyil. Sevgi olmayan yerdə imkanlı qadının təklifini qəbul etmək satınalma kimi bir şeydir. Belə çıxır ki, qadın məni pula satın almaq istəyir”.

Cəvahir

COP29