Mirqafar Seyidov vəzifəsindən AZAD EDİLİB? – AÇIQLAMA / YENİLƏNDİ

“Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə xəbər həqiəti əks etdirmir və tərəfimizdən təkzib edilir”.

Yenicag.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qeyd edək ki, mediada Daxili İşlər naziri Vilayət Eyvazovun polis general-mayoru Mirqafar Seyidovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.

***

Daxili İşlər Nazirliyində kadr islahatları aparılıb.

Yenicag.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovu tutduğu vəzifədən azad edib. M. Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, M. Seyidov 2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idi.