Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mirşahinin qardaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İxtisasca həkim olan Mirəddin Ağayev ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşıdır.

Yenicag.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyanın hökmü ilə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dələduzluqda təqsirləndirilən M.Ağayev barəsində istintaq ötən ilin noyabrında başlayıb. O, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

www.yenicag.az

1688
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM