“Mirvari Park” yaşayış kompleksində yanğın baş verdi – VİDEO

Bakının “Mirvari Park” yaşayış kompleksində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.