“Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR – VİDEO

Xəbər verdiyimiz kimi, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə bağlı yerində yardım göstərilib.