Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürüldü

Bu gün Özbəkistan Liberal Demokrat Partiyasının qurultayında ölkənin hazırkı lideri Şövkət Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Liberal Demokrat Partiyası məlumat yayıb.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin edilib. Seçki kampaniyasına mayın 10-dan start verilib.

Bu, konstitusiyada prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması dəyişikliyindən sonra ilk seçkidir.