Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Ermənistan Respublikası demokratik islahatları davam etdirir, biz Aİ ilə bütün istiqamətlərdə fəal şəkildə əməkdaşlığı dərinləşdiririk və bu yolda Litvanın səmimi dəstəyini yüksək qiymətləndiririk”, – Mirzoyan deyib.
Regional hadisələr kontekstində Cənubi Qafqazdakı inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb. Mirzoyan Ermənistanla Azərbaycan arasında qısa müddət ərzində sülh müqaviləsinin imzalanmasının vacibliyini və bu məsələdə Ermənistanın ifadə etdiyi siyasi iradənin vacibliyini vurğulayıb.