Mirzoyan Bakıda həbsdə olan ermənilərin sayını AÇIQLADI

Hazırda Bakıda 23 nəfər həbsxanada saxlanılır.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, onların azadlığa buraxılması istiqamətində işlər davam etdirilir: “2023-cü ilin ilk günündən bizdə artıq çox konkret problem yaranmışdı: Laçın dəhlizinin bağlanması. 2023-cü il dekabrın 7-də Ermənistan və Azərbaycan rəhbərlərinin qərargahları arasında birgə bəyanat olub, nəticədə 32 erməni və 2 azərbaycanlı hərbi əsir azad edilib”.

Mirzoyan Qarabağdan köçən ermənilərlə bağlı məsələyə toxunub: “O zaman vəd edilən pulların hamısı yığılmadı, lakin bu istiqamətdə səylər və görülən işlər daha çox baş nazirin müavininin aparatı tərəfindən idarə olunur”./unikal

COP29