Mirzoyan bu gün Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-dən 3-dək Türkiyədə işgüzar səfərdə olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Nazir Diplomatik Forumda iştirak edəcək. Mirzoyan forum çərçivəsində müzakirələrdə iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.