Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN bəyanat yayıb.
Mirzoyan və gürcü həmkarı Ermənistan-Gürcüstan yüksək səviyyəli siyasi dialoqu çərçivəsində planlaşdırılan qarşıdan gələn proqramlara toxunublar.
Telefon danışığı zamanı Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində müzakirələr aparılıb.