Mirzoyan NATO ilə əməkdaşlığı dərinləşdirmək istəyir

“Ermənistan və NATO arasında daha sıx əməkdaşlığı gözləyirik”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib: “Biz Ermənistan və NATO arasında daha təhlükəsiz və daha dinc gələcəyi təmin etmək üçün ümumi dəyərlərə və ümumi baxışa əsaslanan tərəfdaşlığı daha da gücləndirmək üçün sıx əməkdaşlığı gözləyirik”.

Xatırladaq ki, Mark Rutte oktyabrın 1-dən NATO-nun baş katibi postuna başlayıb. O, bu vəzifədə 2014-cü ildən alyansa rəhbərlik edən Yens Stoltenberqi əvəzləyib.

COP29