Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Yenicag.az xəbər verir ki, tərəflər Brüsseldə bir araya gəliblər.
Görüşdə Aİ-nin Ermənistandakı yeni missiyasının fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, yeni missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.
Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərar verib. Missiyanın mandatı 2 ildir.