Mişel: “Mən liderləri tezliklə sülh sazişi bağlamağa çağırıram”

Azərbaycan və Ermənistan arasında əldə edilmiş böyük irəliləyişi alqışlayırıq.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Xüsusən, biz hərbçilərin azad edilməsini alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi idi. Bugünkü irəliləyiş böyük addımdır. Mən liderləri tezliklə sülh sazişi bağlamağa çağırıram”, – deyə o bildirib./Trend/