!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Misir Mərdanov yola verirdi, Mikayıl Cabbarov palan döyür"

!Reklam – Yazi

Bu gün “Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə “Azərbaycanda tələbə kreditləri proqramı”na həsr olunan tədbirdə təhsil naziri Mikayıl Cabbarov keçmiş nazir Misir Mərdanovun fəaliyyətini tənqid edib. Nazirin sözlərinə görə, müasir təhsil sistemindəki çevik alətlər və mexanizmlər o dövrdə olmayıb.

Maraqlıdır ki, nazir Mikayıl Cabbarov indiyədək sələfi Misir Mərdanovla bağlı tənqid səsləndirməyib. Ümumiyyətlə, görəsən bu gün təhsil sistemində Misir Mərdanovun vaxtında olmayan nə kimi yeniliklər var?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan təhsil eksperti Nabatəli Qulamoğlu nazir Mikayıl Cabbarovun ehtiyatlı olduğunu və birbaşa heç kimi tənqid etmədiyini bildirib:

“Belə açıqlamalar olanda, üzr istəyirəm, yada həmişə xoşagəlməz lətifələr düşür. Bunlar palan döyməkdə adət ediblər. İstər ibtidai, orta, istərsə də ali təhsilin yeganə problemi var, ancaq onlar bu problemi kənara qoyurlar. O problemi səsləndirməyə nə indiki, nə də əvvəlki nazirin cürəti çatmır. Ona görə də müxtəlif bəhanələrlə istəyirlər ki, sudan quru çıxsınlar. Misir müəllim təhsil sistemini çox dərindən bilən, onun işıqgələn tərəfini hamıdan yaxşı hiss edən bir pedaqoq idi. Amma onun da fəaliyyətində tənqid ediləsi cəhətlər var. Vaxtı ilə mən də onu tənqid etmişəm. Çünki Misir müəllimin cürəti çatmayıb ki, təhsilə olan burjua münasibətini açıq şəkildə tənqid eləsin. Daha doğrusu, özünü qurban versin. Misir Mərdanovun müəllimlərlə bağlı məşhur ifadələri də var. Məsələn, o, “Hansı ağıllı adam gedib 200 manata işləyər?” fikrinin də qurbanı oldu. Məhz ehtiyatlı davrandığı üçün tənqid etmişik. Sadəcə, Misir müəllim başa düşürdü ki, çalışıb-vuruşması ilə Azərbaycan təhsil sistemi düzələn deyil. O da loru dildə desək, yola verirdi”.

N.Qulamoğlu deyib ki, bu gün nazir Mikayıl Cabbarovun fəaliyyətində irəliləyişlərlə yanaşı, çox ciddi nöqsanlar da var:

“Mikayıl Cabbarovun etdiyi cəhdlərin heç 50 faizi səmərə vermir. Misal üçün, imtahan yolu ilə məktəb direktorlarını seçmək istəyir. Nəticədə, 20 bal toplayan adam məktəb direktoru olur, amma 54 bal toplayan kənarda qalır. Niyə? Ona görə ki, burada əsas rolu icra hakimiyyətləri oynayır. Mikayıl Cabbarov Nazirlər Kabinetinin iclasında açıq şəkildə etiraf etdi. O, bu iclasda məktəb direktorlarını icra hakimiyyətlərinin rəyi ilə təyin etdiyini dedi. Bu o deməkdir ki, təhsil naziri öz yerində deyil, öz funksiyasını yerinə yetirə bilmir. Əlbəttə, hər bir adamın, o cümlədən Misir Mərdanovun, Mikayıl Cabbarovun işində müəyyən qədər nöqsanlar tapmaq mümkündür. Hesab etmirəm ki, qeyd edilənlər birbaşa Misir Mərdanova yönəlib. Sadəcə, təhsildə olan əsas problemləri deyə bilmirlər, dolayı məsələlərdən danışırlar”.

Bəxtiyar
Yeniçağ.az

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv