Azərbaycanın keçmiş təhsil nazirinin qızı – Samirə Misir qızı Mərdanova şirkət yaradıb.
Yenicag.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzeti məlumat yayıb.
Vergilər Nazirliyi sentyabrın 5-də Bakı Beynəlxalq Təhsil Kompleksi MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manatdır.