!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misir səfiri Türkiyə XİN-ə çağırıldı

!Reklam – Yazi

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə “Anadolu” agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Xatırladaq ki, “Anadolu” agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv