!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misir Süveyş kanalına görə 1 milyarddan çox təzminat tələb etdi

!Reklam – Yazi

Misir “Ever Given” konteyner daşıyan gəmisinin saya oturması səbəbindən Süveyş kanalında təqribən bir həftə ərzində hərəkətin bağlanmasına görə 1 milyard ABŞ dollarından çox təzminat istəyir.

Yenicag.az xəbər verir ki, bu barədə Süveyş kanalı idarəsinin rəisi Ossam Rabey bildirib.
“Araşdırma rəvan getsə və təzminat məbləği razılaşdırılsa, gəmi problemsiz yoluna davam edə biləcək. Ancaq təzminat məsələsi məhkəmə prosesi ilə əlaqəli olarsa, “Ever Given” və onun təxminən 3,5 milyard ABŞ dolları dəyərindəki yükünün Misirdən çıxmasına icazə verilməyəcək”, – O.Rabey deyib.

Ödəniş məbləğinə xilasetmə əməliyyatının dəyəri, Süveyş kanalının bağlı olduğu müddətdə hərəkətin dayandırılması və tranzit yığımları əldə edilməsinin qeyri-mümkünlüyü nəticəsində dəymiş zərərin məbləği daxildir.

200 min tondan çox yükgötürmə qabiliyyəti olan gəmi hazırda kanal holdinqinin göllərindən birindədir. Hökumət və gəminin menecerləri hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyirlər.

Xatırladaq ki, martın 23-ü səhər saatlarında 400 metrlik “Ever Given” konteyner gəmisi saya oturaraq Süveyş kanalının əsas axınında tıxac yaradıb. Martın 28-də gündüz saatlarında gəmini saydan çıxarmaq və ən işlək dəniz keçidlərindən birində hərəkəti bərpa etmək mümkün olub. Kanalın bağlı olduğu hər gün dünya ticarətinə 400 milyon ABŞ dollarına başa gəlib.

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv