Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdırılması üçün müzakirə prosesi başladılacaq.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd məlumat verib.
O qeyd edib ki, bu müzakirə prosesi iki ölkə arasında münasibətlərin ən qısa zamanda normallaşdırması məqsədi güdür.
Xatırladaq ki, dünən Türkiyə və Misir XİN rəhbərləri arasında görüş baş tutmuşdu.