DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda keçirilən Səudiyyə Ərəbistanı – Misir (2:1) matçı zamanı futbolçu ölümü qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Misirin “Zamalek” klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd ürək tutmasından keçinib.
Veteran futbolçu Səudiyyə Ərəbistanının vurduğu ikinci qoldan sona vəfat edib.
Qeyd edək ki, Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.