!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdə iki sərnişin qatarı toqquşdu - 32 nəfər öldü, yaralananların sayı 110-a çatır - VİDEO

!Reklam – Yazi

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölənlərin sayı dəyişməyib, qəza nəticəsində 32 nəfər ölüb.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, hadisə yerində 74 təcili tibbi yardım avtomobili işləyir, xəsarət alanlar yaxınlıqdakı bir neçə xəstəxanaya çatdırılırlar.

Bildirilir ki, ağır xəsarətlər alan şəxsləri ölkənin paytaxtına çatdırmaq nəzərdə tutulur. Yerli həkimlərə yardım üçün paytaxtdan əlavə tibbi heyət cəlb edilib.

***

17:44

Misirin cənubunda iki sərnişin qatarı toqquşub.

Yenicag.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hadisə nəticəsində 32 nəfərin öldüyünü, azı 66 nəfərin yaralandığını bildirib.

Məlumata görə, qəza Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 maşın təcili yardım briqadası cəlb edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hər iki qatarın maşinistləri saxlanılıb.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv