Misirdə qətliamı İŞİD törədib

Ötən gün Misirdə məscidə hücum edərək kütləvi qırğın törədənlər İŞİD-in üzvləri olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçuların əlində İŞİD-in bayraqları olub. Azı 30 nəfər olan terrorçu qrup məscidə 5 avtomobillə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar.

Xatırladaq ki, terror aktı nəticəsində ölənlərin sayı 300-ü keçib, 100-dən çox insan yaralanıb.