!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdə sərdabələr aşkarlandı: İçindən heyvan mumiyaları çıxdı

!Reklam – Yazi

Misir arxeoloqları Qahirənin 30 kilometr cənubunda yerləşən Sakkara nekropolunda içərisində heyvan mumiyaları olan qədim sərdabalar aşkar ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Anani Sakkarada mətbuat konfransında məlumat verib. Mətbuat konfransında bir sıra ölkələrin Misirdə akkreditə olunmuş səfirləri, habelə xarici və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

Nazirin sözlərinə görə, arxeoloqlar Yeni Padşahlıq dövrünə aid üç sərdaba aşkar ediblər, daha dörd tapıntı Qədim Padşahlıq dövrünə aiddir. Yeni Padşahlıq dövrünə aid sərdabalarda mumiyalanmış pişiklər dəfn olunub. Həmin pişiklərin məbədlərdə yaşadığı və müqəddəs sayıldığı ehtimal olunur.

Qədim Abidələrin İşləri üzrə Misir Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, 200 pişik və 200 peyin qurdu mumiyası, habelə mumiyalanmış timsahlar, kobralar və şirlər aşkar edilib. Onun sözlərinə görə, hazırda Misir ərazisində 25 arxeoloji missiya çalışır.

Xalid əl-Anani məlumat verib ki, son vaxtlar Misirdə iki yeni mühüm kəşf edilib və həmin kəşflər bu ilin sonuna qədər açıqlanacaq./AzərTac/

www.yenicag.az

7498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv