Misirdə terror aktı nəticəsində 20-dən çox hərbçi həlak olub

Misirin Sinay yarımadasının şimalında yerləşən Rafah şəhəri yaxınlığında terror hadisəsi baş verib.

Yenicag.azın məlumatına görə, hadisə Nəticəsində 26 Misir hərbçisi həlak olub, 20 nəfər yaralanıb.

Məlumata görə, silahlılar Rafah şəhərinin Əl-Baras rayonunda hərbçilərə hücum ediblər.

Şahidlər partlayışın iki intiharçı-terrorçu tərəfindən reallaşdırıldığını söyləyiblər.

Hələlik partlayışla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Yenicag.az