Misirdə təyyarə qəzası

Misirin şimalındakı Dekahliye əyalətində hərbi təhsil təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş verən qəzada Misir Silahlı Qüvvələrinə mənsub pilot ölüb.

Təyyarə bu səhər Şava hərbi hava limanından uçuş edib.

Yerli polis əməkdaşlarının açıqlamasına görə, hadisə texniki nasazlığa görə baş verib.

Qeyd edək ki, 2016-ci ilin yanvar və sentyabr aylarında ölkənin şimalında daha iki təlim təyyarəsi qəzaya uğramış, nəticədə 4 zabit ölmüşdü.

Yenicag.az