Misirin sabiq prezidenti azadlıqda

Misirin sabiq prezidenti Hüsnü Mübarək azadlığa çıxıb.

Yeniçağ.az xəbər verir ki, bu barəjə Misirin “Al Youm Al Sabe” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Misir Baş Prokurorluğu martın 13-də Kassasiya Məhkəməsinin H. Mübarəkin azadlığa çıxması barədə qərarını bəyənib. Məhkəmə sabiq prezidentin nümayişçilərin ölümündə günahının olmadığı barədə qərar verib.

Yeniçağ.az