Dünyada misli görünməmiş inflyasiya və faiz şoku yaşanır.
Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun hesabatında qeyd edilib.
Hesabata görə, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti faiz artımı ilə tədbirlər görməyə başlayıb. Lakin bəzi ölkələr inflyasiyaya qarşı hələ də bir addım atmayıblar. Baxmayaraq ki, ikiqat mənfi faiz dərəcələri olan ölkələr qlobal dalğalanmanı azaltmaq üçün faiz dərəcələrini sürətlə artırmalıdır. Əks halda bu ölkələrdə tənəzzül qaçılmazdır.
Beynəlxalq Maliyyə İnstitutunun hesabatında qeyd olunub ki, faiz şokları ənənəvi olaraq inkişaf etməkdə olan bazarlardan fond axınını sürətləndirir və bu, artıq açıq şəkildə müşahidə olunur. Hətta bəzi inkişaf etməkdə olan ölkələrdə 2015-2016-cı illərdəki devalvasiyaları xatırladan intensiv fond axını mövcuddur.
Gülşən Şərif