Missiya.Az-dan ahıllara qayğı – Şura üzvləri ziyarət olunub

Missiya.Az saytının Respublika Ağsaqqallar Şurası ilə birgə keçirdiyi aksiya davam edir.

Yenicag.az xəbər verir ki, YAP Nizami Rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində bu gün Şura üzvlərinin növbəti qrupu ziyarət olunub, yaşla əlaqədar evdən çıxa bilməyən ahıllara ərzaq sovqatı paylanılıb.

Şura təmsilçiləri onlara göstərilən qayğıya görə təşkilatçılara təşəkkürlərini bildiriblər.