MİT axtardığı terrorçunu İraqda məhv etdi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İraqda PKK-ya növbəti zərbə endirib. Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı bazasında terror planlaşdıran PKK terrorçusu, kod adı “Əziz Qabar” olan Sərdar Sönməz nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə mediası yazıb.

Bildirilir ki, terror cinayətlərinə görə barəsində axtarış qərarı çıxarılan Sərdar Sönməz “yüksək rütbəli rəhbərləri”ndən Türkiyə Silahlı Qüvvələrinə qarşı hərəkətə keçmək əmri alıb.

MİT-in kəşfiyyat məlumatlarına görə, Sərdar Sönməz Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı əməliyyat bölgəsinə sızaraq kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirməli imiş.

Sərdar Sönməz təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən addım-addım izlənilib və o, Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı bazasında terakt hazırlayarkən uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.

COP29