MİT-dən FETÖ əməliyyatı – Fətullah Gülənin qardaşı oğlu xaricdən Türkiyəyə aparıldı

FETÖ təriqətinin rəhbəri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində xaricdən tutularaq ölkəyə aparılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ/PDY-nin “məsullar”ı arasında bir çox adla qohumluq əlaqələri olan Səlahəddin Gülən FETÖ liderinin təlimatı ilə təşkilata yaxın strukturun köməyi ilə xaricə qaçırılmışdı.

“Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılan S. Gülənin terror təşkilatının məsləhətləşmə komitəsinin üzvləri və yüksək vəzifəli şəxsləri ilə də əlaqəli olduğu müəyyən olunub.

Qeyd edək ki, Səlahəddin Gülənin adı 2007-ci ildə təcavüz hadisəsində hallanmışdı. Dövrün mətbuatında qrrup şəklində gənc qıza təcavüz edənlər arasında olan Səlahəddin Gülənin də olduğu bildirilmişdi. Lakin sonraya FETÖ terror təşkilatı bu cinayəti ört-basdır etməyi bacarmışdı.