PKK terror təşkilatının Rusiya strukturunun fəal üzvü və Ermənistanla əlaqəsi olan Barı İusubov Türkiyədə saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, o, Milli İstehbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı nəticəsində həbs edilib.
Terrorçunun Rusiya, Qazaxıstan və Ermənistan ilə təşkilatın İraqdakı Mahmur düşərgəsində PKK/KCK adından təxribat fəaliyyətlərində rol aldığı müəyyən edilib.
Terrorçunun təşkilatın rəhbərliyində təmsil olunan şəxslərlə əlaqədə olduğu müəyyənləşib.
Qeyd edilib ki, MİT onu 2020-ci ildən izləyirdi.