Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mitinq keçirməklə siyasi məhbus azad olunursa..." - Partiya sədri

Reklam: High Technic

“Azərbaycan cəmiyyətində çox həssas bir dönəm başlayıb. Bölgədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır, hadisələr getdikcə gərginləşir. Həm Ermənistanda, həm də Gürcüstanda hakimiyyət dəyişiklikləri baş verib. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, Azərbaycanda da müəyyən dəyişikliklərin olması istisna deyil. Buna görə də, dəyişikliklərdə istər iqtidar, istərsə də müxalifət yer tutmaq üçün müəyyən mövqe nümayiş etdirir. Ən böyük nöqsanımız ondan ibarətdir ki, demokratiya uğrunda mübarizə apardığımızı iddia etməyimizə baxmayaraq, demokratiyanın bütün prinsiplərini olduğu kimi qəbul etmirik və yaxud əməl etmirik. Demokratiya tələb edir ki, insanlar öz maraqlarını ictimai maraqlardan keçməklə təmin etsinlər. Çox təəssüf ki, bəzi siyasi qüvvələr qrup maraqlarını ictimai maraqlardan kənarda təmin etmək istəyində olurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib.

“Doğrudan da Azərbaycanda ardıcıl mitinqlərin keçirilməsi zərurəti var idisə, onda sual olunur ki, axırıncı mitinqdə niyə görə “ayın 26-dakı mitinqdə birbaşa Prezident Administrasiyasının qarşısına getmək lazımdır” fikri səsləndirilirdi?” deyən Sərdar Cəlaloğlu bildirib ki, hökumətin belə bir şərt daxilində növbəti mitinqə icazə verməyəcəyini hər kəs başa düşürdü:

“Bu fikir əvvəlcədən hökumətin icazə verməməsi üçün zəmin hazırladı. Yanvarın 19-da dövlət tədbirləri keçirilirdi. Qanuna əsasən, həmin günlər kütləvi yığıncaqlar qadağan olunur. Azərbaycan tarixində ilk dəfə idi ki, hökumət dövlət tədbirlərinin keçirildiyi bir dövrdə mitinq keçirməyə icazə verdi.

Ayın 20-də sovet qoşunları Bakıya daxil olub, qırğınlar törədib, Azərbaycanın müstəqilliyini istəyən qüvvələrə qarşı represiya həyata keçirib. Həmin mitinqdə bir kəlmə də olsun rus qoşunlarının Bakıya girməsi haqqında fikir bildirilmədi. Nə ruslar, nə ermənilər, nə də Kommunist partiyası ittiham olundu. Sanki Azərbaycanın bir problemi var, o da Mehman Hüseynovun azadlığıdır. Bəziləri deyir ki, mitinq düzgün hesablanmışdı və Mehman buna görə azad ediləcək. Maraqlısı odur ki, nə İlqar Məmmədov, nə də 2003-cü ildə 7 nəfər siyasi lider həbs olunmuşduq, biz mitinqlərlə azad olunmadıq. Əgər mitinq keçirməklə siyasi məhbus azad olunursa, birinci növbədə Gözəl Bayramovanın azadlığına nail olmaq lazımdır. O, Əli Kərimlinin müavinidir, qadın aktivistdir, Azərbaycan Demokratik Hərəkatında çox aktiv çıxış edən bir insandır. Onun həbs olunması siyasi motivlidir. Mitinqdə Mehmanla bərabər qadının da azad olunmasına nail olmaq olardı. Mehman ABŞ-ın tələbləri daxilində azadlığa buraxılacaq, bunu kimsə özünün nailliyyəti kimi yozmağa tələsməsin. Bunu etmək yanlış bir məsələdir”.

Hakimiyyətin qanunun icazə vermədiyi halda ayın 19-da mitinqə icazə verməsi və Qarabağla bağlı mitinqə icazə verməməsinə gəldikdə isə Sərdar Cəlaloğlu bunları deyib:

“Qarabağla bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında razılıq əldə edilib. Görüşdə xalqları təslimçi sülhə hazırlamaqla bağlı öhdəlik götürülüb. Qarabağ mitinqində ermənilərin ittiham olunması, torpaqların müharibə yolu ilə azad olunması lazımdır tipli şüarlar səsləndiriləcəkdi. Hökumət buna görə icazə vermədi. 30 min insanın Qarabağı istəməsi hara, Mehmanın azadlığını istəməsi hara. Bu cür siyasi konyukturalar Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Başa düşürəm ki, insanlar qrup maraqların təmin etməlidirlər, özlərinə divident qazanmaq istəyirlər. Ancaq bu zaman bir şeyi diqqətdə saxlamaq lazımdır ki, biz müstəqilliyimizə ziyan vuracaq heç nəyə getməməliyik. Elə etməliyik ki, Azərbaycanın müstəqilliyi təhlükə altında olmasın.

Mənə sual verirlər ki, siz niyə Qarabağ və son keçirilən mitinqdə iştirak etmədiniz. Əgər bilsəm ki, Qarabağ mitinqi və ayın 19-dakı mitinq siyasi konyuktura mahiyyəti daşımır, o mitinqdə iştirak etməsəydim, şərəfsiz olardım. Axı bilirəm ki, Qarabağ mitinqi də, sonuncu keçirilən mitinq də siyasi konyuktura üçün idi. Mitinqdə iştirak edənlər bilmir ki, hansı prosesə daxil olurlar. Elə bilirlər ki, mitinqlərin əleyhinəyəm. Azərbaycanda hökumətə qarşı məndən çox mitinq keçirən olmayıb”.

Cəmiyyətdə siyasi maariflənmənin olmadığını deyən ADP sədri bildirib ki, bu gün bəziləri xalqın marağına xidmət edən adamları satqın, hakimiyyətin adamı kimi təqdim edir:

“Hökumətlə siyasi konyukturaya girib, oyunlar oynayanları isə xalq qəhrəmanı elan edir. Uzun illər keçməsinə baxmayaraq, ölkədə heç nə dəyişilməyib. Bu isə çox təhlükəlidir. Sabah xalq ayağa qalxıb, yanlış bir istiqamətə aparacaq insanlara tabe olacaqsa, bu xalq özü-özünü məhv edəcək. Azərbaycanda dəyişikliklər qaçılmazdır. Bu dəyişikliklərin qansız-qadasız keçməsi xalqımızın maraqlarına uyğundur. Ancaq bu gün adamlar elə yanlış ideyaların, təşkilatların arxasınca getməyə istiqamət götürüblər ki, növbəti dəyişikliklər daha ağır şərtlərlə ola bilər”.

Sonda Sərdar Cəlaloğlu qeyd edib ki, heç vaxt xalqın taleyi ilə oynayaraq nələrsə əldə etmək fikrində olmayıb.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

6281
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100