“Gəncədə hansısa bir aksiyanın keçirilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı bir qurum tərəfindən müraciət edilməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında sosial şəbəkələrdə Gəncədə iyulun 10-da aksiya olacağına dair çağırışlara münasibətində Gəncə şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Elnur Rzayev söyləyib.
Onun sözlərinə görə, kimlərsə bu cür təxribat xarakterli çağırışlar etməklə şəhərdəki sabitliyə kölgə salmaq istəyir: “Şəhərdə hər şey qaydasındadır, normal həyat davam edir. Hər hansı mitinq söhbəti də yoxdur”.