!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mitinqə gələnləri xüsusi qurğu ilə sayacaqlar

!Reklam – Yazi

648240_466865Mitinqdə, nümayişlərdə adamları saymaq üçün kompüter proqramı hazırlanıb. Proqramı ABŞ-ın Mərkəzi Florida Universitetinin mütəxəssisləri hazırlayıblar.

Bir qayda olaraq nümayişlərdə, mitinqlərdə iştirak edənlərin sayı gözəyarı, ərazi vahidinə düşən adamların vizual hesablanması üsulu ilə təxmini müəyyən edilir. Bu zaman nəticələr orta hesabla hesablanır.

İndi amerikalı mütəxəssislərin hazırladığı proqram təminatı bu işin avtomatik, operativ və düzgün həyata keçirilməsinə imkan yaradır. Bu proqram aksiya yerində yuxarıdan, yüksəklikdən çəkilmiş fotoşəkilləri (aero-fotolar) analiz edərək bir saata yaxın müddətdə toplaşan adamların sayını müəyyənləşdirir.

Mərkəzi Florida Universitetinin informatika üzrə professoru Mübarək Şah belə bir proqramın hələ heç yerdə olmadığını deyib. Mübarək Şahın fikrincə, proqramdan təkcə mitinq və nümayişlərdə insanların sayını hesablayanda yox, açıq havada keçirilən başqa ictimai tədbirlərdə də istifadə oluna bilər. Professor vurğulayıb ki, proqram fövqəladə hallarda insan həyatının vaxtında xilas olunmasına da yardım edə bilər.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv