Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Mitinqlə bağlı Bakı meriyasına hələ müraciət etməmişik” – İlham İsmayıl  

Reklam: Sinerji Pro

“Təyin olunan mitinqlə bağlı hazırlıq işlərinə gələn həftədən etibarən, başlayacağıq”.

Bu fikirləri Yenicag.az-a dekabrın 15-nə təyin olunan mitinq hazırlıq işləri barəsində danışan Qarabağ Komitəsinin dönəm sədri İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, Qarabağ Komitəsinin mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) nisbətən gec müraciət etməsi səbəbsiz deyil:

“Bundan əvvəl elan olunan 24 noyabr mitinqi üçün üçün 23 gün öncədən BŞİH-nə müracit etmişdik. Ancaq şəhər rəhbərliyi müraciətimizə rədd cavabı vermişdi.

Bunu nəzərə alaraq, növbəti mitinqin təyin olunduğu 5 dekabr tarixindən bir həftə, ya on gün əvvəl meriyaya müraciət etməyi planlaşdırırıq. Mitinqin hazırlıq işlərinə də gələn həftədən başlanılacaq”.

Qeyd edək ki, Qarabağ Komitəsinin növbəti mitinqi dekabrın 15-i, saat 15-00 – 17-00-da Yasamal rayonundakı “Məhsul” stadionuna təyin olunub.

Səxavət Məmməd

www.yenicag.az

5135
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100