!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mitinqlərə "yox" cavabı alan Qarabağ Komitəsinin atacağı addımlar - "Eldar Əzizovun fikrini almaq üçün məktub yazmamışıq"

!Reklam – Yazi

Qarabağ Komitəsinin son iki mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “yox” cavabı gəlib.

Qarabağ Komitəsinin son yaydığı bəyanatda qeyd olunub ki, bundan sonrakı iclaslarında icazəsiz aksiyalar keçirmək müzakirə ediləcək.

Qarabağ Komitəsinin bundan sonra atacağı addımlar və digər məsələlərlə bağlı komitənin keçici sədri, Ağ Partiya lideri Tural Abbaslı Yenicag.az-a açıqlamalar verib.

Tural Abbaslı bildirib ki, BŞİH absurd cavabla onların müraciətlərini geri çevirib:

“Cavabda bildirirlər ki, ölkə prezidenti bu işlə məşğuldur, biz buna ehtiyac duymuruq. Biz nə Eldar Əzizovun, nə də BŞİH-in fikrini almaq üçün məktub yazmamışıq. Bizə absurd, biabırçı cavab verirlər. Bununla bağlı məhkəməyə müraciət etmişik. Qanunvericiliyə görə, belə müraciətlərə xüsusi qaydada baxılır. 2 gün müddətində baxılıb, cavab verilməlidir. 1 nömrəli iqtisad məhkəməsinə müraciət etmişik, onlar bizə razılıq verə bilərdilər, təəssüf ki, onlar 1 həftə sonraya baxış təyin ediblər. Bu zaman da mitinqin müddəti keçmiş olur”.

Razılaşdırılmamış aksiyalar məsələsinə gəldikdə isə Qarabağ Komitəsinin keçici sədri bunları deyib:

“İcazəsiz aksiyaların keçirilməsi o qədər də böyük bir problem deyil. Ən azından mitinq komitəsi, Qarabağ Komitəsinin üzvləri xalqı mitinqə səsləmədən razılaşdırılmamış etirazlarını bildirə bilərlər. Burada bizim ehtiyat etdiyimiz bir məsələ var. Biz istəmirik ki, Qarabağ məsələsi iqtidar-müxalifət arasındakı qarşıdurma predmetinə çevrilsin. Və ya kimlərsə düşünsün ki, Komitə olaraq biz bu məsələdən istifadə edərək siyasi maraqlar güdür, qarşıdurma yaradır, bütün bunlar üçün də Qarabağın adından istifadə edirik. Əslində bizim bu qədər ehtiyatlı davranmağımızın səbəbi bundadır. Qətiyyən razılaşdırılmamış aksiyadan çəkinmirik. Hətta sonuncu iclasda bəzi üzvlər çox radikal şəkildə razılaşdırılmamış aksiyalara getməyi təklif etdi. Ancaq ümumi razılıq oldu ki, bəyanat verilsin. Bəyanatda qeyd olunub ki, artıq növbəti aksiyalar təyin olunarsa, paralel olaraq razılaşdırılmamış aksiyaların müzakirəsini də aparacağıq”.

Qarabağ Komitəsinin yalnız mitinqlər keçirməklə mükəlləf olduğu iddiasına gəldikdə isə Tural Abbaslı bildirib ki, Komitə Qarabağ məsələsi ətrafında ancaq mitinqlər keçirmək üçün yaradılmayıb:

“Mətbuatda və ictimaiyyət arasında ancaq mitinqlə bağlı olan fəaliyyət daha çox yayılır. Biz bu günə qədər 2-3 dəyirmi masa keçirmişik. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub-olmaması ilə bağlı toplantımız olub. Qarabağ mövzusunda dövlət qurumlarına müxtəlif sorğular göndərmişik. Təəssüf ki, ancaq Komitənin mitinq məsələsi əks-səda doğurub. Belə götürəndə də, siyasətdə ən güclü addım mitinq olur”.

Səxavət Məmməd

www.yenicag.az

4980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv