“Mitsubishi” şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir, qərara səbəb kimi avtomobillərin akkumulyator naqilinin qızması göstərilib.
Şirkətin yaydığı məlumatda bildirilib ki, geri çağırılma yalnız 2018-ci ilin martından avqustunadək satılmış “Outlander” modellərinə şamil olunur.