“Mitsubişi” Bakıdakı ofisini bağlayır

Yaponiyanın “Mitsubişi” (Mitsubishi) korporasiyası Bakıdakı ofisinin ləğv olunduğunu elan edib.

Yenicag.az-ın məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanındakı “Dünya Biznes Mərkəzi” (World Business Center) iş mərkəzinə (17-ci mərtəbədə yerləşən Grata Azərbaycan MMC-nin ofisinə) bildirə bilərlər./Report/