Mixael Şumaxer 1 il sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Ötən gün Mixael Şumaxerin qızı Gina Maria ailə qurub.

Yenicag.az xəbər verir ki, toy Mayorkada Şumaxer ailəsinin villasında baş tutub və qonaqlar arasında Mixael də olub.

Şumaxer 2013-cü ilin dekabrında Fransanın Alp dağlarında ağır kəllə-beyin travması aldıqdan sonra kütləvi tədbirlərdə görünməyib.

Ancaq qızının toyunda o, on ildən çox müddətdə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Mərasimdə məxfiliyin təmin edilməsi üçün müəyyən tədbirlər görülüb. Heç kimin Şumaxerin şəklini çəkməməsi üçün villanın girişində bütün qonaqlardan telefonlarını təhvil vermələri istənilib./Oxu.az/

COP29